Qafqaz İslam Ordusundan ilham alan “Qardaşlıq Dastanı” – Qürurlandıran GÖRÜNTÜLƏR

23.10.2021 - 09:36

 

Qafqaz İslam Ordusundan ilham alan "Qardaşlıq Dastanı"  - Qürurlandıran GÖRÜNTÜLƏR

 

Türkiyə və Azərbaycan – tarixin hər səhifəsində baş-başa vermiş “iki millət, bir dövlət” olaraq tanınan iki qardaş vətən…

Bu qardaşlığın hekayəsi hər iki ölkədən seçilən 100 rəqqas ilə səhnəyə daşınıb.

İlk dəfə Ankarada səhnələşdirilən rəqs nömrəsini 2000-dən artıq şəxs izləyib.

“Boğaçxan Dastan”ndan “Alparslana” qədər, ilk türk qadın hökümdar Tomris Xatundan “sarı gəlin”ə qədər… Ankarada ilk dəfə səhnəyə qoyulan rəqs şousu Türkiyə və Azərbaycan mədəniyyətini əks etdirir.

“Qardaşlıq Dastanı” teatr rəqs şousunda Türkiyə və Azərbaycandan seçilmiş 100 rəqqas çıxış edir. 5 il davam edən gərgin işin məhsulu olan şou 12 müxtəlif hekayədən ibarətdir.

Bu layihənin köməyi ilə şou komandası dünyaya Türkiyə və Azərbaycanın qardaşlığı haqqında anlatmağa çalışır.

“Qardaşlıq Dastanı” rəqs şousu ilhamını isə Qafqaz İslam Ordusundan alır.

Bir çox ölkələrdə keçiriləcək şounun növbəti dayanacağı İstanbul və Qarabağ olacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=167845

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31