Artur Rasizadənin səhhətində PROBLEM YARANDI: xaricə aparılıb…

Azərbaycanın sabiq baş nazir Artur Rasizadənin səhhətində problem yaranıb.
Bu barədə Modern.az məlumat yayıb.
86 yaşlı siyasətçiyə yaxın olan şəxs sabiq nazirin hazlrda Bakıda olmadığını deyib:
“Sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur”.
Ancaq keçmiş hökumət rəhbərinin hansı ölkədə müalicə olunduğunu açıqlamaq istəməyiblər. Yalnız onu qeyd ediblər ki, Artur Rasizadə yaxın vaxtlarda Bakıya qayıdacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=167849