150-dən çox itkinin kimliyi MÜƏYYƏNLƏŞİB

Bu vaxta qədər Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 150-dən çox şəxsin kimliyi müəyyən edilib.
Bunu Baş Prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bir qism məzarın tapılmasında Ermənistan tərəfinin iştirakı olub, lakin əsas yük aidiyyəti qurumlarımızın üzərindədir:
“Bu istiqamətdə müxtəlif ölkələrin qurumları ilə əməkdaşlıq edirik. Rusiya Prokurorluğu da bu istiqamətdə Ermənistan tərəfi ilə danışıq aparır. Hesab edirəm ki, fəaliyyətimizi davam etdirməliyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=167983