Baş redaktor postundan istefa verən Şərif Ağayar yeni iş tapdı

02.11.2021 - 12:05

Kulis.az-ın baş redaktoru vəzifəsindən ayrılan tanınmış yazıçı Şərif Ağayar özünə yeni iş tapıb.

 

Yazıçı bundan sonra “Qanun” Nəşrlər Evində redaktor kimi fəaliyyət göstərəcək.

 

“Saytda zamanım olmadığından mənə redaktə üçün müraciət edənlərin əksəriyyətinin təklifindən imtina edirdim. İndi bunun üçün əla fürsət yaranıb. Xüsusən kitab çap etdirmək istəyən hər kəs rahatca müraciət edə bilər. Kitablar “Qanun” Nəşrlər Evində çap olunacağı təqdirdə redaktə üçün ödəniş olmayacaq. Hamımız üçün xeyirlisi…”,-deyə Ş.Ağayar bildirib.

 

Xatırladaq ki, yazıçı noyabrın 1-dən 12 ildir çalışdığı Kulis.az saytının baş redaktoru vəzifəsindən istefa verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=168015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31