Prezidentin digər rayonlara da xüsusi nümayəndəsi TƏYİN OLUNA BİLƏR

10.11.2021 - 14:25

“Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın həyatında köklü siyasi, iqtisadi, mənəvi, psixoloji, regional, geopolitik, beynəlxalq əlaqələr, o cümlədən ölkəmizin dünyada imici baxımından dəyişikliklər baş verib. Bunlardan mühüm olanlardan biri şübhəsiz ki, xüsusi nümayəndəlik institutunun bərqərar olmasıdır”.

 

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

 

Z.Oruc qeyd edib ki, Prezident tərəfindən istər Şuşaya, istərsə də Ağdama bu məqsədlə verilən təyinatlar son dərəcə uğurlu olub:

 

“Emin Hüseynov və Aydın Kərimovun xüsusi nümayəndə təyinatı qısa müddət ərzində son dərəcə mühüm olan bölgələrdə artıq strateji hərbi, iqtisadi quruculuq və.s mənaları kəsb edən ərazilərdə mühüm addımların atılmasını şərtləndirib.

 

Bildiyiniz kimi, Nümayədəlik İnstitutunun əsasnaməsi, hüquqi səlahiyyətinin çərçivəsi, fəaliyyət dairəsi İcra Hakimiyyətləri ilə onun arasındakı münasibətlərin tənzimlənməsi, həmçinin xüsusi olaraq da böyük qayıdışı şərtləndirən ümumxalq tədbirlərinin və ən başlıcası dövlət qərarlarının reallaşdırması ilə bağlı vəzifələr bilavasitə müəyyənləşib. Parlament həmin sənədi geniş müzakirələrdən sonra qəbul edib və ölkə rəhbəri tərəfindən bu sənədlər təsdiq olunduqdan sonra qeyd etdiyimiz kimi, uğurlu bir nümunələr formalaşmaqdadır”.

 

Deputat həmçinin verilən qərar çərçivəsində dərhal “İcra Hakimiyyətlərinin alternatividirmi” kimi suallar meydana çıxdığını bildirib:

 

“Bu haqda fikir söyləmək bir qədər tezdir. Eyni zamanda nəzərə almalıyıq ki, ali icra hakimiyyəti funksiyası onun rəhbəri olaraq dövlət başçısının bilavasitə səlahiyyətləri çərçivəsində olduğundan və İcra hakimiyyəti sistemi də konstitusion bir təsisat kimi müəyyənləşdiyindən burada hansısa bir əvəzlənmə aparıla bilərsə, bu avtomatik referendum və ümumxalq səsvermələrini tələb edə bilər. Həqiqətən də idarəetmə sistemimiz üçün köklü dəyişikliyi yalnız imic baxımından (Hansısa İcra hakimiyyəti rəhbərləri çox sərt ictimai münasibətin hədəfində olublar, onların bir qismi həbsə məruz qalıb. Buna görə də yəni imic xilası baxımından) deyil, eləcə də effektli idarəçilik, bölgələrin həqiqətən də paytaxtdan asılılığının azadılması, investisiyaların cəlbi, iş yerlərinin açılması üçün sahibkarlıq sistemi ilə düzgün münasibətlər, əhali ilə əlaqələrin şəffaf, aydın çərçivədə qurulması və s. kimi vacib vəzifələr, o cümlədən bələdiyyə təsisatının da formalaşması, özünə meydan tapması kimi amillərin hamısı tələb edir ki, bütün bu məsələlərə kompleks baxış sərgilənsin. O üzdən düşünürük və ümidvarıq ki, digər azad olunmuş ərazilərdə xüsusi nümayəndələrin təyinatı ölkə rəhbəri tərəfindən reallaşdırıla bilər. Bu yalnız qarşıdakı zamanda görüləcək işlər kontekstində önəm daşıyacaq. Əlbəttə ki, cənab Prezident bu yöndə qərar verərkən bir sıra amilləri nəzərə alacaq”.

 


Z.Oruc Xüsusi Nümyəndəlik İnstitutunun Şuşa və Ağdamda uğur qazandığını qeyd edib:

 

“Bu millətimiz, dövlətimiz üçün çox əhəmiyyətlidir. Eləcə də müxtəlif siyasi mövqeləri bölüşən partiyalar, təhlil institutları da qiymətləndirmələrində bu addımın uğurlu olduğunu, dövlət idarəçilik sistemi üçün yenilik gətirdiyini, gələcəkdə inkişaf etdirilərək genişlənməsini məqbul hsayırlar. Biz bu yanaşmaları Tədqiqat İnstitutunun nümayəndəsi kimi də görməkdəyik. Həqiqəti söyləsək, Sosial Tətqiqatlar Mərkəzi kimi qarşıdakı zamanda biz bu məsələlər ətrafında cəmiyyətin fikirlərini daha dolğun bir şəkildə, elmi əsaslarla tətbiq etmək qərarındayıq. Gələcəkdə Xüsusi Nümayəndəlik İnstitutunun  digər ərazilərdə, rayonlarda tətbiq olunacağını ehtimal edə bilərik. Lakin bir daha deyim ki, bu konstitusiya üzrə Prezidentin səlahiyyətləri çərçivəsində olacaq məsələlərdir. Biz yalnız özümüzün ictimai, siyasi baxışımızı ifadə edə bilərik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168172

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031