“Universal döyüş”: İdmançılarımız qardaş ölkədə keçiriləcək Dünya çempionatına səylə hazırlaşırlar

17.11.2021 - 12:38

“Universal döyüş”: İdmançılarımız qardaş ölkədə keçiriləcək Dünya çempionatına səylə hazırlaşırlar

Azərbaycan dünyada ən nüfuzlu idman ölkələrindən birinə çevrilib. Ölkəmizin idman şöhrətinin ucalmasına 1999-cu ildə təsis olunmuş Azərbaycan Universal Döyüş Federasiyası da sanballı töhfələr vermişdir. Artıq respublikamızın bütün bölgələrində Federasiyanın klubları var və yüzlərlə gənc bu idman növü ilə məşğul olur. Artıq Dünya və Avropa çempionatlarında idmançılarımız ən yüksək titulları qazanıblar və nailiyyətlərinin sırası artmaqda davam edir.

8-12 dekabr 2021- ci il tarixdə Türkiyənin Antalya şəhərində keçiriləcək Universal Döyüş idman növü üzrə Dünya çempionatına hazırlıq məqsədi ilə təşkil olunmuş təlim – məşq toplantıları sürətlə davam edir. Yarışda Azərbaycan komandası ölkəmizi 30-a yaxın idmançı ilə təmsil edəcək.

Təlim-məşq toplantıları Federasiyanın məşqçiləri Elşən İsmayılov və Yaqub İbrahimov tərəfindən keçirilir, Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikası Əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həsənov yığma komandanın idmançıları ilə yaxından maraqlanır və təlim-məşq toplantılarına özü nəzarət edir.

Dünyanın 60-dan yuxarı ölkəsindən 800-dən çox idmançının qatılacağı gözlənilən bu mötəbər yarışda Azərbaycan komandası haqlı olaraq ən perspektivlilərdən hesab olunur. İnanırıq ki, idmançılarımız ölkəmizi uğurla təmsil edəcək, xalqımızı sevindirəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168289

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930