Vəkillər Hacıbala Abutalıbovla Ramiz Mehdiyevi məhkəməyə ÇAĞIRDILAR

29.11.2021 - 17:18

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyevin vəkili çıxış edərək müvəkkilinin səhhətində problem olduğunu, müalicə müəssisəsində saxlandığını bildirib. O, Rasim Quliyevin ev dustaqlığına buraxılmasını istəyib.

 

Bundan başqa vəkillər Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalubovun və Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmədə şahid qismində dindirilməsini xahiş edib. Vəkillər hər iki şəxslə bağlı cinayət işində epizodlar olduğunu bildirib.

 

Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, bu hissədə vəsətatin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovun dəvət olunması ilə bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

 

Vəsatətlər təmin edilməyib və məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

 

Proses dekabrın 9-da davam etdiriləcək.

 

Qeyd edək ki, Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

 

O, 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri  olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168456

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31