Lalə Şövkət ilk dəfə Prezidentə MÜRACİƏT ETDİ

Sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva Prezident İlham Əliyevə müraciət edib.
Lalə Şövkət Prezidentdən Gədəbəyin həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmlini azadlığa buraxmağı xahiş edib.
“Cənab Prezident! Mən ilk dəfədir Sizə müraciət edirəm. 39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması ədalətsizlikdir”,-deyə müraciətdə bildirən Lalə Şövkət dövlət başçısını prosesə müdaxilə etməyə və S.Rüstəmlini azad etməyə çağırıb.
S.Rüstəmli günahsız həbs olunduğunu bəyan edərək 1 aydan çoxdur aclıq aksiyası keçirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=168711