Nazirdən qanunsuz tikililərlə bağlı AÇIQLAMA

16.12.2021 - 14:29

Fövqəladə Hallar Nazirliyi (FHN) tikintidə qanunsuzluqlara da nəzarət edir.

 

Bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazirin sözlərinə görə, qanunsuz tikililərə rast gəlinir, bunun isə obyektiv və subyektiv səbəbləri var. Kəmaləddin Heydərov neçə illərdir bu cür tikililərin olduğunu xatırladıb və əlavə edib ki, onları müəyyən etmək, yeni sənədlər təqdim etmək müəyyən vaxt aparır.

O, hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qanunsuz tikililərə qarşı birgə işlərin aparıldığını diqqətə çatdırıb.

 

Kəmaləddin Heydərov qanunsuz tikililərə qarşı tədbirlərin müvəffəqiyyətlə davam etdirildiyini də vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=168781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728