Qış Olimpiya Oyunlarının ilk MEDALÇILARI

Pekində keçirilən Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adları bilinib.
Qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub.
O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib.
Yarışda gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb.
Qeyd edək ki, ötən gündən start verilən 24-cü Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=170176