Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ almağa çağırıb

25.02.2022 - 19:30


Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti ələ almağa çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi onlayn konfransda bildirib.

Dövlət başçısı, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

Daha əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Kiyev hakimiyyəti Ukrayna paytaxtının yaşayış məntəqələrində “Qrad” qurğuları yerləşdirib.

Bir gün əvvəl V.Putin Donbasda xüsusi hərbi əməliyyat keçirəcəyini açıqlayıb. O, əmin edib ki, Moskvanın planlarına Ukraynanın işğalı deyil, yalnız onun demilitarizasiyası daxildir.

Short URL: http://www.cumhuriyyet.net/?p=171208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728