Rusiya-Ukrayna danışıqları başladı – YENİLƏNİB
Rusiya və Ukrayna nümayəndə heyətləri Belovejskaya Puşçada danışıqların üçüncü raunduna başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfirliyi məlumat yayıb.
***
18:15
Ukrayna nümayəndə heyəti iki helikopterlə Rusiya ilə danışıqların üçüncü raundu üçün Belovejskaya Puşçaya gəlib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
16:56
Rusiya nümayəndə heyəti Belarusa eyni tərkibdə gəlib, yaxın vaxtlarda Ukrayna ilə danışıqların aparılması gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
“Nümayəndə heyəti yerindədir, tezliklə danışıqlar aparılacaq. Biz Ukrayna tərəfdən məlumatı dəqiqləşdiririk”, – agentliyin həmsöhbəti deyib.
Bildirilib ki, Ukrayna tərəfi ilə danışıqların üçüncü raundu planlaşdırıldığı kimi Belovejskaya Puşçada keçiriləcək.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusda danışıqların iki raundunu keçiriblər. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə razılıq əldə etmək üçün nə qədər lazım olsa, danışıqlar aparmağa hazırdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=171552