Zelenski rus ordusunun itkilərini açıqladı

12.03.2022 - 17:40

“Rusiya Ukraynada görünməmiş itkilər verir”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

O deyib ki, müharibənin 16 günü ərzində Ukrayna ordusunun zərbələri nəticəsində Rusiya ordusuna məxsus 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib. Bundan əlavə, 360-dan çox tank, 1205 zirehli texnika, 60-a yaxın təyyarə və 80 helikopter məhv edilib.

“Silahlı Qüvvələrimiz düşməni Ukraynaya qarşı müharibəni davam etdirmək istəyindən məhrum etmək üçün hər şeyi edir. Rus qoşunlarının itkiləri böyükdür. Artıq 17-ci gündə işğalçıların itkilərinin dinamikası elədir ki, əminliklə deyə bilərik: bu, son onilliklərdə Rusiya ordusuna vurulan ən böyük zərbədir. Onlar bu qədər gün ərzində heç yerdə uduzmayıblar”, – deyə prezident videomüraciətində bildirib.

Ukrayna tərəf rus ordusunun canlı qüvvə itkilərinin sayının 12 mini keçdiyini də elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=171692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728