Zelenski Putinin tələblərinə “YOX” dedi

21.03.2022 - 22:20

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin tələblərə cavab verib.

 

Modern.az xəbər verir ki, o, tələblərin ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

 

Zelenski vurğulayıb ki, səsləndirilən tələblər yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

 

“Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək”, – deyə o qeyd edib.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün 6 tələb irəli sürüb. Putin bu tələbləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı səsləndirib.

 

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkinci tələb Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı prosesdir”, – Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

 

Bundan əlavə, Putin Ukraynanın Krımın ilhaqını, Donetsk və Luqansk qondarma “respulika”larını tanımasını tələb edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=171997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930