Ukayna Müdafiə Nazirliyi şad xəbər açıqladı: Bu gecə

26.03.2022 - 19:44

Rusiyanın ələ keçirdiyi Xerson şəhəri bu gün Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçə bilər.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikovun müşaviri Markian Lubkivski “BBC Radio 4”un efirində danışıb.

“İnanıram ki, bu gün şəhər tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olacaq.

M.Lubkivski əlavə edib ki, Ukrayna Ordusu son iki gündə Kiyev vilayətində əməliyyatı başa çatdırıb:

“Buna görə də silahlı qüvvələrin digər hissəsi hazırda ölkənin cənub bölgəsində cəmlənib, onlar Xersonu və bəzi digər şəhərləri geri almağa çalışırlar”, – Ukrayna müdafiə nazirinin müşaviri bildirib.

Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Xerson şəhərini ələ keçirdiyini açıqlamışdı. Bununla belə, şəhərdə Rusiya hərbçilərinin əleyhinə mütəmadi şəkildə mitinqlər keçirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172156

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031