Ukrayna müharibəsində ölən və yaralanan mülki şəxslərin sayı açıqlandı

26.03.2022 - 22:54

Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci il tarixindən 25 mart 2022-ci il saat 00:00-a qədər mülki əhali arasında itkilər 2 858 nəfər (bir gün əvvəlki hesabatda 2 788 nəfər idi – red), o cümlədən 1 104 nəfər (1081) dinc sakin təşkil edib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı şənbə günü məlumat yayıb.

“Ali Komissarlıq hesab edir ki, real rəqəmlər xüsusilə hökumətin nəzarətində olan ərazilərdə və xüsusən də son günlərdə daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumat gecikdirilir və bir çox hesabat hələ də təsdiqini gözləyir”, – sənəddə vurğulanır.

Qeyd edilir ki, Mariupol və Volnovaxa (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Severodonetsk Trostyanetsk (Sum vilayəti) şəhərlərində dinc əhali arasında çoxsaylı itkilər var.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 221 kişi, 167 qadın, 30 oğlan və 15 qız ölüb, 51 uşaq və 620 böyüyün cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 1 754 nəfərdən 30-u qız, 24-ü oğlandır, yaralılar arasında o cümlədən cinsiyyəti hələlik müəyyən edilməmiş 70 uşaq da var.

Short URL: http://www.cumhuriyyet.net/?p=172178

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728