Ermənistan qırıcıları Ukrayna şəhərlərini və dinc əhalini bombalayacaq – İrəvan müharibəyə qatıldı!

28.03.2022 - 15:59

Rusiyanın 2019-cu ilin sonlarında Ermənistana hədiyyə etdiyi 4 ədəd müasir “Su-30M” təyyarələri Ukrayna şəhərlərini bombalamaq üçün istifadə olunacaq.

İşin maraqlı tərəfi bundan ibarətdir ki, təyyarələr erməni pilotlar tərəfindən idarə ediləcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 27-də təyyarələrin alınması mərasimində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan bunu “ilin qazancı” adlandırmış və Ermənistan Respublikasının təhlükəsizliyinin təmin olunmasında böyük rol oyanaycağını bildirmişdi.

İndi Ermənistanın yeni qırıcılarının Ukrayna səmalarında peyda olması rəsmi İrəvanın faktiki olaraq Rusiyanın tərəfində Ukraynaya qarşı müharibəyə qatılması deməkdir.

Belə görünür ki, “demokratik” Ermənistan Rusiyanın strateji planlarında onun ən yaxın müttəfiqi Belarusu belə ötüb keçmək üçün hər cür canfəşanlıq göstərir.

Rəsmi İrəvan bununla bağlı əsl simasını Qazaxıstan hadisələri zamanında da üzə çıxarmışdı. Həmin vaxt KTMT sədri olan Ermənistan hərbi təşkilatın Qazaxıstan xalqına qarşı müdaxilə qərarını veto etmək hüququna malik olmasına rəğmən onu imzalamış və bu, hətta şəxsən Nikol Paşinyan tərəfindən elan edilmişdi.

Azərbaycan dövləti isə hələ Qazaxıstan hadisələrində dövlətlərin suveren hüquqlarına, daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini vurğulamışdı. Bu prinsiplər indi Qərb tərəfindən Rusiyaya qarşı Ukrayna ilə bağlı irəli sürülən əsas tezisləri hesab olunur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031