Ukrayna Rusiyaya yeni TƏKLİFLƏR göndərdi

29.03.2022 - 18:15

Ukrayna özünün neytral və nüvə silahından azad statusu barədə Rusiyaya yazılı təklif verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Onun sözlərinə görə, təklifdə Ukraynanın bloklara qoşulmayacağı, hər hansı kütləvi qırğın silahını, o cümlədən kimyəvi və bakterioloji silahları, xarici ölkələrin bazalarını və qoşunlarını öz ərazisində yerləşdirməyəcəyi əksini tapıb.

Eyni zamanda, Ukrayna Krımı və Sevastopolu hərb yolu ilə geri qaytarmaqdan imtina edir. Təkliflərdə Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələrin də siyahısı yer alıb.

Medinski onu da qeyd edib ki, Ukrayna Rusiya ilə müqavilə barədə yekun qərarın iki ölkənin dövlət başçılarının görüşündə verilməsini xahiş edib. Rusiya bununla bağlı qərarını açıqlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930