Rusiya yeni hücum əməliyyatlarına hazırlaşır

30.03.2022 - 19:01

Rusiya Kiyev və Çerniqov istiqamətlərindən ayrı-ayrı bölmələri hərəkətə gətirib, lakin şəhərləri ələ keçirmək cəhdlərindən tam əl çəkməyib.

Bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib.

O qeyd edib ki, Rusiya qoşunlarının bu ərazilərdən kütləvi şəkildə çıxarılması hələ də müşahidə edilməyib.

“Ona görə də hazırda bu barədə danışmaq tezdir. Düşmən ən çox itki verən bölmələri artırmaq üçün onları geri çəkir”, – deyə sözçü bildirib.

Motuzyanikin sözlərinə görə, Ukraynadakı Rusiya qüvvələri yenidən qruplaşır və yeni hücum əməliyyatlarına hazırlaşır. O, Rusiyanın hələ də Mariupol, Popasna və Rubijne şəhərlərini ələ keçirməyə çalışdığını vurğulayıb.

Xatırladaq ki, Rusiya dünən Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatların intensivliyini azaldacağını bildirmişdi. Buna baxmayaraq, gecə saatlarında Çerniqov vilayətini atəşə tutmaq davam edib. Şəhər rəsmisi Vyaçeslav Çaus bildirib ki, zərbələr nəticəsində yaşayış binaları, infrastruktur, kitabxana binaları və ticarət mərkəzləri zədələnib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172416

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031