RƏSMƏN AÇIQLANDI: “Prezidentlərin görüşünə hazırlığa başlamaq olar”

30.03.2022 - 19:07

Rəsmi Kiyev Ukrayna Prezidenti Vlodomir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş üçün hazırlıqlara başlamağı təklif edir.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.

“Prinsipcə, prezidentlərin görüşünə hazırlığa başlamaq olar. Sənədlər paketi hazırlanıb. Biz onları artıq təqdim etmişik. Dövlət başçılarının görüşünün dəqiq nə vaxt baş tutacağı isə hələlik məlum deyil”, – o söyləyib.

M.Podolyak bildirib ki, Rusiya və Ukrayna danışıqları üzrə İşçi alt qruplarının fəaliyyəti davam edir.

Xatırladaq ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya prezidentlərin görüşü üçün kifayət qədər materialın toplandığını demişdi.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172422

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930