Zelenski Norveçdən bu silahları İSTƏDİ

30.03.2022 - 19:45

Ukrayna Prezidenti Volodimir Zelenski Norveçdən ölkəsinə “Nasams” mobil zenit-raket kompleksləri və “Harpoon” gəmi əleyhinə raketlərin verilməsini istəyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Norveç parlamentində çıxış edərkən bildirib.

“Bizə nə lazım olduğunu açıq şəkildə bildirmək istəyirəm. Xüsusilə, gəmi əleyhinə silahlar, məsələn “Harpoon” raketləri, eləcə də NASAMS zenit sistemləri. Bundan əlavə, bizə zirehli texnikaları, artilleriya sistemlərini məhv etmək üçün silah lazımdır..Bizə kömək edə biləcəyiniz bütün silahlar yalnız azadlığımızı və müstəqilliyimizi qorumaq üçün istifadə olunacaq”.

“Nasams” aşağı və orta hündürlüklərdə hava vasitələrini vurmaq üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemidir. Raket kompleksləri Norveç tərəfindən istehsal edilir.

“Harpoon” isə Amerika istehsalı qanadlı raketidir. Bu sistemlər gəmiləri məhv etmək üçün nəzərdə tutulub.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172435

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031