Rus qoşunları geri çəkilir: Daha bir şəhər azad edildi
Ukrayna ordusu Kiyev vilayətinin İrpen şəhərini azad edib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.
“İrpen döyüşlə geri alınıb. Bəzi rus qüvvələri Kiyev vilayətindən çəkilir. Kütləvi şəkildə gedirlər. Amma həm də dava ilə gedirlər, bunu düzgün başa düşmək lazımdır”.
Arestoviçin sözlərinə görə, işğalçılar böyük əraziləri minalayır: “Onlar gedəndə evləri, infrastruktur obyektlərini atəşə tuturlar. İşğalçılar bizim, bizim də hərbçilərimiz onlara atəş açır. Müharibə davam edir. Amma layiq olduqlarını aldılar və getdilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=172450