“Bunlar boş danışıqlardır, rusların yeni hücumlarına hazırlaşırıq” – Zelenski

31.03.2022 - 15:45

“Hələlik heç bir xoş xəbər yoxdur”.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev və Çerniqova hücumlarını azaltmaq qərarına baxmayaraq, hələ də hücumlarını davam etdirdiyini bildirib.

Zelenski Ukrayna ərazisinin hər qarışı üçün mübarizəyə davam edəcəklərini bildirib:

“Bəli, davam edən danışıqlar prosesi var. Amma bunlar boş danışıqlardır. Hələlik heç bir xoş xəbər yoxdur. Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı başqa sözlər də var. Rus qoşunları Donbasda yeni hücumlar üçün toplanır və biz buna hazırlaşırıq. Biz hər qarış torpağımızın uğrunda mübarizə aparacağıq”.

Zelenski ABŞ prezidenti Co Baydenlə görüşdüyünü də bildirib:

“ABŞ prezidenti Baydenlə görüşüm oldu. Bir saat çəkdi. Mən ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım paketi və 500 milyon dollarlıq birbaşa büdcə dəstəyinə görə təşəkkür etdim. Biz ABŞ-ın prinsipial dəstəyinə sahibik. Azadlıq uğrunda birgə mübarizə aparmaq istəyiriksə, tərəfdaşlarımızla hər zaman məsləhətləşməliyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172510

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031