İmtahanlarda asayiş pozula bilər – DİM sədri

16.04.2022 - 13:50

imtahan

Buraxılış imtahanları ölkədə ən kütləvi imtahanlardır. Onların bir gündə keçirilməsi ictimai asayişin pozulmasına gətirib çıxara bilər. Burada təkcə Dövlət İmtahan Mərkəzinin deyil, digər dövlət qurumlarının da imkanlarını nəzərə almaq lazımdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda sualları cavablandırarkən söyləyib.

O bildirib ki, həmçinin pandemiya şəraitini nəzərə almaq lazımdır:

“Vaxtilə bir imtahan binasına 500 nəfər, hətta 1000 nəfər daxil olub. Bu qədər şagirdin yoxlanılıb binaya buraxılması çox vaxt aparırdı. Ona görə də optimal olaraq ən çox həcmli binalar üçün 500 nəfər müəyyən edilmişdi. Pandemiya zamanı isə bu say 200 nəfərə endirildi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031