Ukrayna mətbuatı İlham Əliyevin çıxışından YAZDI

30.04.2022 - 15:16

Ukrayna KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı ilə bağlı məqalələr dərc edib.

Cumhuriyyet.az xəbər verir ki, “Ukrinform” informasiya agentliyi, “Dialog”, “Asmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ilə bağlı fikirlər yer alıb.

Dərc edilən məqalələrdə Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”.

Digər məqalələrdə isə dövlətimizin başçısının çıxışına istinadla qeyd olunur ki, Ukrayna heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmamalıdır.

“Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir”, – deyə Prezident İlham Əliyevə istinadla qeyd olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174347

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930