Müxalifətin mitinqi yağışa düşdü, gələn olmadı
Ermənistan müxalifəti hakimiyyətə qarşı yenidən mitinqə başlayıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Müxalifət tərəfdarlarının müvəqqəti qərargahına çevrilən İrəvanın Fransa meydanına toplaşanların sayı əvvəlki günlərlə müqayisədə xeyli azalıb. Buna səbəb kimi Ermənistanın paytaxtında hava şəraitinin yağmurlu olması göstərilib.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefa tələbilə etiraz aksiyaları keçirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=174873