“Sülh müqaviləsi üzrə işə başlamağa hazırıq” – Ceyhun Bayramov
“Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazırdır. İnanırıq ki, bugünkü görüş təmasların davam etdirilməsinə müsbət təsir edəcək”.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyiş yoxdur. Ümid edirik ki, bu gün keçirilən görüşdə müsbət nəticə əldə edərik”,- XİN başçısı bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu saatlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Düşənbədə görüşür.
Short URL: http://www.cumhuriyyet.net/?p=174888