TƏBİB-in idarə edilməsilə bağlı səlahiyyətlər LƏĞV EDİLDİ

13.05.2022 - 16:53

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni həyata keçirməyəcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə qeyd olunub.

Bununla da, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirməyəcək. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmə hüququ da alınıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in strukturunu və ştat vahidlərinin ümumi sayını müəyyənləşdirməyəcək, TƏBİB-in maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etməyəcək. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin TƏBİB rəhbərlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti olmayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174964

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031