Evi sökülən Şəhid anasına 3 otaqlı mənzil verilib – RƏSMİ

13.05.2022 - 16:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Şəhid Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanlının evsiz olması iddialarına aydınlıq gətirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Cumhuriyyet.az-a bildirib ki, M. Abdurəhmanlıya dövlət tərəfindən mənzil veriliməsini təsdiqləyib:

“Abdurəhmanlı Mehriban Səftər qızı 17 sentyabr 2021-ci ildə Ramana Yeni Yaşayış Kompleksində üçotaqlı mənzillə təmin olunub”.

Sosial şəbəkələrdə Sabunçu rayonunda şəhid anasına məxsus olduğu deyilən evin sökülməsi ilə bağlı video yayılıb. Şəhid Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı ağlayaraq bildirib ki, ona bağışlanan torpaq sahəsində tikmək istədiyi ev başına uçurulub. Şəhid anası qeyd edib ki, evin tikilməsi üçün İcra Hakimiyyətindən 3 min manat rüşvət istəyiblər.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iddialarla razılaşmayaraq, dövlət tərəfindən şəhid anasına ev verildiyini bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174971

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031