İlham Əliyev İrana DƏVƏT OLUNDU
Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfərə dəvət olunub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə bildirilib.
Belə ki, İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175452