İƏT Azərbaycanla əlaqələri yüksək qiymətləndirir

21.05.2022 - 19:11

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Zati-aliləri.

 

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

 

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında liderliyini və dəstəyini bundan sonra da əsirgəməyəcək.

 

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930