Səlim Müslümovun atası sevincindən AĞLADI

26.05.2022 - 13:56

Xəbər verdiyimiz ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

 

Cumhuriyyet.az xəbər verir ki, sabiq nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında məhdudiyyətli olsa da, oğlunun azadlığa çıxmasına çox sevindiyini bildirib. Bununla belə, o, S.Müslümovun səhhətilə bağlı nigaranlığını ifadə edib:

 

“Səlim hazırda Bakıda, evindədir. Səhhətilə bağlı narahatlığı var. Ümid edirik ki, müalicə ilə keçər. Xəstə də olsa, yenidən yanımıza qayıtdığı üçün şükür edirəm. Allah bütün bağlı qapıları açsın”.

 

Göz yaşlarına hakim ola bilməyən Y.Müslümov əlavə şərh vermək istəməyib.

 

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

 

Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175751

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930