Peyvənd meymunçiçəyindən qorumur
“Suçiçəyi ilə meymunçiçəyi xəstəliyinin adına görə bəzən yanlış təəsürat yaranır və bu xəstəliyi oxşadırlar”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib.
N.Mustafayeva deyib ki, bunların eyni xəstəlik olması barədə yanlış təəssüratlar yaranıb:
“Bəziləri düşünür ki, suçiçəyi keçirmişiksə, meymunçiçəyini keçirməyəcəyik. Meymunçiçəyi xəstəliyi çiçək virusu ailəsinə aiddir. Həqiqətən də təbii çiçək xəstəliyinə qarşı vaksin olunan şəxslərdə meymunçiçəyinə yoluxma faizi azdır. Lakin suçiçəyi xəstəliyi tamamilə ayrı virus xəstəlikləri ailəsinə aiddir. Suçiçəyinə qarşı peyvənd bizi meymunçiçəyi xəstəliyindən qorumur”.
“Meymuçiçəyinin 2019-cu ildə təsdiqlənmiş peyvəndi kifayət qədər effektivdir. Lakin indiyə qədər bu peyvənd çox məhdud sayda istehsal olunurdu. Çünki istənilən halda bu peyvəndlər, dərmanlar ehtiyac üzrə istehsal olunur. Bu xəstliyə yoluxma artarsa, riskli qruplar üçün peyvəndin istehsakı artırıla bilər”, – deyə TƏBİB rəsmisi vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=175857