Ermənistanda polis etirazçıları döydü – Xəsarət alanlar var

30.05.2022 - 15:53

İrəvanda hökumət binası yaxınlığında təşkil olunan etiraz aksiyasının 4 iştirakçısı polislə toqquşma zamanı xəsarət alıb, onlar İrəvan Dövlət Universitetinin xəstəxanasına yerləşdiriliblər.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Universitetin nümayəndəsi Şuşan Danielyan sosial şəbəkədə məlumat paylaşıb.

 

“Hökumət binası ilə bitişik ərazidən 4 nəfər birinci universitet xəstəxanasına aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Hazırda onların həyatı üçün təhlükə yoxdur. Vətəndaşların müayinə və müalicəsi aparılır”, – o deyib.

 

Qeyd edək ki, bu gün İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib.

 

Məlumata görə, hökumət binasına yaxınlaşan etirazçılar binanın girişindəki bariyeri yarmağa cəhd edib. Əraziyə cəlb olunan polis əməkdaşları və xüsusi təyinatlılarla etirazçılar arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri müxalifət nümayəndələrinə güc tətbiq edərək, onları hökumət binasının girişindən uzaqlaşdırıb.

 

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175907

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930