İlham Əliyev ABŞ rəsmisini qəbul edib

31.05.2022 - 14:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.

 

Cumhuriyyet.az xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunuldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulandı. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirildi. Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışıldı.

 

Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edildi və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirildi.

Short URL: http://www.cumhuriyyet.net/?p=175950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728