İlham Əliyev Putinlə Qarabağı MÜZAKİRƏ ETDİ

31.05.2022 - 14:56

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Kremlə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Prezidentlər telefon söhbəti zamanı Qarabağla bağlı sazişlərin icrasını, ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Kremldən bildirilib ki, Vladimir Putin və Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

 

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin yerinə yetirilməsi məsələsinə baxılıb, regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi ilə bağlı konkret məsələlərin həlli diqqət mərkəzində olub”, – məlumatda qeyd olunub.

 

Bundan əlavə, dövlət başçıları müxtəlif səviyyələrdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175952

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930