“Arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir” – Şentop

02.06.2022 - 12:04

“Coğrafiyamızın Badu-Kubəsi Bakıda üç gün boyunca elmi konfrans keçiriləcək. Bu gün Bakıda keçirilən konfrans birlik ruhunu bir daha sübut edəcək”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində bildirib.

 

“Azərbaycanın haqlı davasında hər zaman yanındayıq. Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir. Eyni zamanda Qarabağ məsələsininin müzakirə edilməsində bu konfrans faydalı olacaq. 20 fərqli ölkədən 100-dən professor burada iştirak edir. Buradakı müzakirələrin nəticəsi olaraq kitab çap olunacaq. Həmçinin universitetlərimizin rektorları da burada iştirak edir. Onların qatılması ilə iki ölkə arasında təhsil sahəsində ortaq layihələr həyata keçiriləcək”, – deyə M. Şentop vurğulayıb.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb. Tədbir 2-4 iyun tarixində Bakıda keçiriləcək. Tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=176080

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728