Qarabağda iki su anbarı tikiləcək

03.06.2022 - 16:14

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki su anbarının tikintisi, mövcud su anbarlarının isə bərpası nəzərdə tutulur”.

 

Cumhuriyyet.az- xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev məlumat verib.

 

“Həmin ərazilərdə faktiki olaraq su anbarlarımız var. Onlardan Tərtər rayonundakı Suqovuşan, Ağdam rayonundakı Xaçınçay və Füzuli rayonundakı Köndələnçay su anbarlarının texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib, ekspertizaya verilib. Güman ki, qısa müddət ərzində onların əsaslı təmir və bərpası ilə bağlı tenderlər keçiriləcək.

 

Bundan başqa, Bərgüşadçay və Həkəri çaylarının üzərində 60 və 90 milyon kubmetrlik yeni su anbarlarının tikintisi nəzərdə tutulub”, – deyə Z.Quliyev qeyd edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031