Ukrayna XİN rəhbərindən Makrona CAVAB

04.06.2022 - 18:18

“Rusiyanı aşağılamaqdan çəkinməklə bağlı çağırışlar yalnız Fransanın özünü aşağılaya bilər”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.

 

“Rusiyanı aşağılamaqdan çəkinməklə bağlı çağırışlar yalnız Fransanı və belə çağırış edən hər bir ölkənin özünü aşağılaya bilər. Çünki özünü alçaldan Rusiyadır. Hamımız Rusiyanı öz yerinə necə otuzduracağımıza diqqət yetirməliyik. Bu, sülh gətirəcək və insanların həyatını xilas edəcək”, – Kuleba bildirib.

 

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron yerli mətbuata müsahibəsində Ukraynada döyüşlər dayandırıldıqdan sonra diplomatik həll yolunun tapılması üçün Rusiyanın alçaldılmamasının həyati əhəmiyyət daşıdığını deyib və Parisin münaqişənin sona çatması üçün vasitəçi rol oynayacağına inandığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930