Azərbaycanlı və erməni gənclər Fransada görüşdü
Fransanın Strasburq şəhərində azərbaycanlı və erməni gənclərin görüşü keçirilib.
Cumhuriyyet.az xəbər verir ki, OFAJ (Fransa-Almaniya Gənclər Ofisi) adlı təşkilat tərəfindən təşkil olunan görüşə Azərbaycan və Ermənistandan 10 gənc qatılıb.
Görüş təşkilatın “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində baş tutub.
Tədbirə Fransadan və Almaniyadan da gənclər qatılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=176520