“Formula 1”ə görə bağlanan yollar sabahdan açılır – RƏSMİ
“Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, bağlanan yollarda hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.
Bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Cumhuriyyet.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, 10-12 iyun tarixlərində baş tutan Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=176649