“Azad qadın” heykəli sökülür? – Rəsmi açıqlama

13.06.2022 - 10:53

Bir neçə gün öncə ətrafı hasarlanan “Azad qadın” heykəli dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Hasarlanma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməyib.

 

Bu barədə Cumhuriyyet.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılır.

 

“Azad qadın” heykəlinin ətrafının hasara alınması məsələsi ilə bağlı Dövlət Xidməti tərəfindən dəqiqləşdirmələr aparılır. Həmin tarixi abidə ilə bağlı aparılan hər hansı abadlıq və yenidənqurma işləri tarixi abidənin mühafizəsi və qorunması çərçivəsində nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176653

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930