Sahibə Qafarova Abdulla Şahidlə GÖRÜŞDÜ

13.06.2022 - 18:58

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 13-də Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb.

Bu barədə Cumhuriyyet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sədr bu səfərin BMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib. Bu ilin fevral ayında BMT-nin Azərbaycandakı daimi koordinatoru xanım Vladanka Andreeva ilə Milli Məclisdə görüşünü xatırlayan spiker həmin görüş barədə təəssüratlarını bölüşüb. S.Qafarova diqqətə çatdırıb ki, bu il biz Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyini qeyd edirik. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının həmişə çox fəal üzvü olub. Ölkəmiz 155 üzv dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da ölkəmizin beynəlxalq nüfuzuna dəlalət edir.

 

Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal maraq doğuran məsələlərə öz töhfəsini verir. Ölkəmiz sədrliyi dövründə bu təşkilatın bir neçə sessiyasının çağırılmasının təşəbbüskarı olub. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradıb. Parlament Şəbəkəsinin Birinci Konfransının bütün üzv ölkələr üçün faydalı olacağına inanırıq.

 

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan çoxmədəniyyətli ölkədir. Multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə müxtəlif dini və etnik qruplar əsrlər boyu sülh və dostluq şəraitində birgə yaşamışlar.

 

Azərbaycanda qadınların ölkə həyatının müxtəlif sahələrində yaxından iştirak etdiyini qeyd edən Milli Məclisin sədri bildirib ki, Azərbaycan Şərqdə qadına seçki hüququ vermiş ilk ölkədir. Bu gün Azərbaycanda Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, həmçinin parlamentdə müvafiq komitə fəaliyyət göstərir.

 

Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqdan danışan Sahibə Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Spiker tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağına inamını ifadə edib.

 

Azərbaycan Milli Məclisində olmaqdan məmnunluğunu bildirən BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid BMT-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib.

 

Söhbət zamanı qonaq parlament şəbəkəsinin qurulmasında Azərbaycanın təcrübəsi və aktiv rolu, gender bərabərliyi, qadınların siyasətdə iştirakı, regionda davamlı sülhün təmin olunmasının vacibliyi və digər məsələlər barədə fikirlərini açıqlayıb.

Görüşdə qonaq Azərbaycanın tezliklə azad edilmiş ərazilərini bərpa edəcəyinə və orada yenidən həyatın öz axarına qayıdacağına inamını ifadə edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930