Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

15.06.2022 - 16:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirildi.

Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etdiyi qeyd olundu və Forumun beynəlxalq əməkdaşlığı genişləndirmək işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun artdığı və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyi məmnunluqla qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=176813

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728