“Rusiyanın təcavüzünü unutmayın!” – Zurabişvili Bakıdan səsləndi
“Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”.
Cumhuriyyet.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O, çıxışında Rusiyanın Ukraynada başlatdığı müharibədən söz açıb: “Bu ilin fevralından dünya Ukraynada baş verən müharibəyə şahidlik edir. Ukraynaya böhtan atılmaqla müharibəyə başlanılıb. Bu, sivil insanların həlak olmasına gətirib çıxarıb. 1991,1992, 2008-ci illərdə Rusiyanın Gürcüstana qarşı təcavüzlərini unutmalı deyilik. Ukraynaya həmrəyliyimizi nümayiş etdirməliyik.
“Biz müharibə zamanı sivillərin hüquqlarının tapdanmasını yaddan çıxarmamalıyıq. Rusiya müharibəni dərinləşdirir. Bu da enerji və qida qıtlığı ilə nəticələnir. Biz nifrət nitqinə qarşı çıxış etməliyik”, – Gürcüstan Prezidenti Bakıda çıxışı zamanı bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=176869