Bakıda AA seriyalı “Ferrari”nin sahibi CƏRİMƏLƏNDİ

21.06.2022 - 09:31

Bakıda məhkəmənin qərarı ilə AA seriyalı “Ferrari” markalı maşının sahibi cərimələnib.

Cumhuriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, işə hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində baxılıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsininin 347-ci maddəsinə əsasən adı qeyd olunmayan şirkət barəsində 10 may 2022-ci il tarixində tərtib olunmuş inzibati material baxılması üçün məhkəməyə göndərilib.


İş materiallarında qeyd olunub ki, “Ferrari F12 Berlinetta” markalı, 90- AA-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə şirkət tərəfindən məlumat verilməyib. Bu isə şirkətin İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi anlamına gəlir. Bu maddəyə görə, şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir.

Məhkəmənin qərarına əsasən, şirkət 300 manat cərimələnib.

Short URL: http://www.cumhuriyyet.net/?p=177183

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930