İlham Əliyev bp qrupunun baş icraçı direktorunu qəbul edib – YENİLƏNİB + VİDEO

24.06.2022 - 12:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də bp qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olundu.

bp-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edildi. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunuldu, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulandı.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı.

11:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də bp qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=177439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728