Lavrov: “İlham Əliyevlə görüşdə əsas diqqəti buna yönəltdik”
Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın liderləri iyunun 29-da Aşqabadda keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair konvensiyanın əhəmiyyətini təsdiq edəcəklər.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz Xəzər probleminə xüsusi diqqət yetiririk. Həm dünən Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə, həm də bu gün danışıqlar zamanı biz əsas diqqəti buna yönəltmişik. Liderlər iyunun 29-da Aşqabadda görüşəcəkləri zaman bu sənədin əhəmiyyətini və onun ehtiva etdiyi əsas prinsiplərin əhəmiyyətini bir daha təsdiq edəcəklər”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=177460