İlham Əliyev Türkmənistana getdi – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib.
Cumhuriyyet.az xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
***
09:28
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda səfər edəcək.
Cumhuriyyet.az xəbər verir ki, Prezident Aşqabadda keçiriləcək Xəzər Sammitinə qatılacaq. Dövlət başçısı sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüş keçirəcək.
Qeyd edək ki, iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində VI Xəzər Sammiti keçiriləcək. Bundan əvvəlki Zirvə toplantısı 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=177641