Ceyhun Bayramov: “Biz xoşbəxt insanlarıq”

07.07.2022 - 11:00

2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Biz xoşbəxt insanlarıq ki, bu şanlı tarixin şahidləri olduq.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, post-münaqişə dövrü həm ölkəmiz, həm də bütün region üçün yeni imkanlar açır.

“Azərbaycan münaqişədən sonra sülh gündəliyini gündəmə gətirib, Ermənistana sülh müqaviləsi üzərində işləmək təklif edib. Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Azərbaycan eyni zamanda sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb”, – deyə XİN başçısı vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178119

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930